satellite   Azerspace-1: 11135 H 30000

Çində ayaqqabı fabrikində yanğın olub, ölənlər var

Çində ayaqqabı fabrikində yanğın olub, ölənlər var

Çinin Fucien əyalətində ayaqqabı fabrikində güclü yanğın baş verib.

NTV Çin mediasına istinadla xəbər verir ki, Cincian şəhərində yanğın yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 8:00) başlayıb.

Hadisənin şahidləri bəzi insanların yanğından xilas olmaq üçün binanın damına çıxdıqlarını deyiblər. Yanğın nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir, lakin hələlik dəqiq say açıqlanmayıb.

Yanğın məhdudlaşdırılsa da, alovun qarşısını hələ də tam almaq mümkün olmayıb. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və 35 xüsusi nəqliyyat vasitəsi cəlb olunub.

İlkin ehtimala görə, yanğın fabrikin birinci mərtəbəsində başlayıb. Binadakı tezalışan ayaqqabı materialları alovun sürətlə yayılmasına səbəb olub.

Qeyd edək ki, Cincian şəhəri Çinin əsas ayaqqabı və geyim istehsalı mərkəzlərindən biridir. Bu şəhəri Çinin "ayaqqabı paytaxtı" adlandırırlar.

Çin Xalq Respublikasının Sədri Si Cinpin müvafiq qurumlara axtarış-xilasetmə əməliyyatının aparılması, hadisənin səbəblərinin araşdırılması ilə bağlı tapşırıq verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM