İran rəsmisi bildirib ki, cümə axşamı günü ABŞ-nin cənub-qərbi Buşəhr əyalətinə hücumları zamanı Buşəhr nüvə obyektinin perimetrinə mərmilər düşüb.
NTV rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, Buşəhr qubernatorunun siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Ehsan Cahanian bildirib ki, hücumlar zamanı cənub əyalətində bir neçə yer hədəfə alınıb. O əlavə edib: “İyulun 9-da günortadan sonra hədəfə alınan yerlər arasında Buşəhr nüvə obyektinin perimetri, Çoqadak hərbi bazası və əyalətin cənubundakı balıqçılıq körpüsü də var”.
Cahanian qeyd edib ki, cümə axşamı günü ABŞ-nin başqa bir hücumu Əsəluyədəki körpünü hədəfə alıb və yerli sakinlərə məxsus balıqçı qayıqlarını yandırıb.
İtkilər barədə məlumat verilməyib.
