satellite   Azerspace-1: 11135 H 30000

İtaliya casusluq iddiası ilə iki Rusiya diplomatını ölkədən çıxarıb

İtaliya casusluq iddiası ilə iki Rusiya diplomatını ölkədən çıxarıb

İtaliya casusluq fəaliyyəti iddiası ilə bağlı Rusiya səfirliyinin iki əməkdaşının ölkədən çıxarılması barədə bəyanat verib. NTV xarici mediaya istinadla xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani cümə axşamı bildirib.

“İtaliya hökuməti istintaq tərəfindən aşkar edilən casusluq fəaliyyətlərinə görə məsuliyyət daşıyan Rusiya Federasiyasının İtaliyadakı səfirliyində xidmət edən iki hərbi attaşeni ölkədən çıxarmaq qərarına gəlib”, -deyə nazir “X” platformasındakı paylaşımında bildirib.

Tajani qeyd edib ki, Xarici İşlər Nazirliyi qərarı birbaşa Rusiyanın Romadakı səfirinə çatdırıb və iki məmura ölkəni tərk etmək üçün üç gün vaxt verib.

Bu addım Roma Dövlət Prokurorluğu tərəfindən 2025-ci ilin may ayında başlanan əks-kəşfiyyat istintaqından sonra atılıb. İtaliyanın iki sabiq kəşfiyyat məmuru əvvəllər pul müqabilində Rusiya zabitlərinə gizli və həssas məlumatları ötürməkdə şübhəli bilinərək həbs olunub.

İtaliyanın “La Stampa” qəzeti xəbər verib ki, şübhəlilərin İtaliya, Avropa İttifaqı və NATO-da yenidən silahlanma planları, dron istehsalı müəssisələrinin yerləri və Ukraynaya hərbi yardım barədə məlumat verdiyi güman edilir.

Rusiya Xarici İşlər Nazirliyi isə TASS agentliyinə bildirib ki, Moskva bu qərara “adekvat cavab verəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM