satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Rusiyanın “kölgə donanmasının” 14 tankerini vurub

Ukrayna Rusiyanın “kölgə donanmasının” 14 tankerini vurub

“İyulun 9-u gecəsi Ukrayna Pilotsuz Sistemlər Qüvvələri (PSQ) Rusiyanın “kölgə donanmasına” məxsus 14 tankeri vurub. Bu hücum Krımda elektrik enerjisinin də qismən kəsilməsinə səbəb olub. Lakin bu, hələ hamısı deyil”.

NTV xəbər verir ki, bu məlumat PSQ komandanı Robert “Madyar” Brovdinin sosial media paylaşımında yayılıb.

“Madyar” təsdiqləyib ki, “PSQ quşları” 9 iyul gecəsi Azov dənizində Rusiyanın “kölgə donanmasına” məxsus 14 tankeri hədəfə alıb.

O, həmçinin Ukrayna operatorlarının son 96 saat ərzində 35 gəmini vurduğunu da dəqiqləşdirib.

Bundan əlavə, dünən gecə Ukrayna dronları düşmənin Krımdakı əməliyyat dərinliyində, həmçinin Azov dənizinin cənub hissəsində 45 hərbi hədəfi vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM