Türkiyənin şimal-qərbindəki Bolu vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.
NTV bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus öncə baryerə, daha sonra yol kənarındakı lövhəyə çırpılıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
