satellite   Azerspace-1: 11135 H 30000

Kiyev ballistik raketlərlə vurulub, xəsarət alanlar var - YENİLƏNİB

Kiyev ballistik raketlərlə vurulub, xəsarət alanlar var<font color='red'> - YENİLƏNİB</font>

Rusiya ordusunun iyulun 8-nə keçən gecədən etibarən Kiyevə həyata keçirdiyi intensiv hava hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.

 

02:05

Rusiya ordusu iyulun 8-nə keçən gecədən başlayaraq Kiyev şəhərinə intensiv hava hücumu edir.

NTV-nın məlumata görə, hava hücumu zamanı ballistik raketlərdən istifadə olunur.

Güclü partlayış səsləri eşidilir. Şəhərin bəzi ərazilərini tüstü bürüyüb.

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində yazıb ki, artıq Desnyansk və Svetyoşin rayonlarında dağıntılar var.

Qeyd edək ki, iyulun 6-na keçən gecə Kiyevə edilən kütləvi raket və dron zərbələri nəticəsində 19 mülki şəxs həlak olub, 60 nəfəri isə xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM