satellite   Azerspace-1: 11135 H 30000

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

ABŞ İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv edib

ABŞ Xəzinədarlıq Departamenti anlaşma memorandumunun bir hissəsi olaraq Tramp administrasiyasının İrana neft satmağa icazə verən müvəqqəti güzəştləri ləğv etdiyini açıqlayıb.

NTV  xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, üç həftədən az müddət əvvəl verilən güzəştlərin ləğvi İranın son 24 saat ərzində Hörmüz boğazında gəmilərə qarşı yenidən hücumları ilə bağlıdır.

ABŞ rəsmisi müsahibəsində Xarici Aktivlərə Nəzarət İdarəsinin İran neftinin satışına icazə verən ümumi lisenziyanı ləğv etdiyini təsdiqləyib.

"Prezident Tramp və administrasiyanın dəfələrlə bəyan etdiyi kimi, İranla qüvvədə olan anlaşma memorandumu tamamilə şərtlərin icrasına əsaslanır. İran yalnız yaxşı davranış nümayiş etdirərsə, fayda əldə edəcək. İranın boğazdakı hərəkətləri ABŞ üçün tamamilə qəbuledilməzdi və öz nəticələrini verəcək”,- deyə ABŞ rəsmisi bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM