satellite   Azerspace-1: 11135 H 30000

Media: Xameneinin dəfn mərasiminə 800 milyon dollar xərclənib

Media: Xameneinin dəfn mərasiminə 800 milyon dollar xərclənib

İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xameneinin dəfni ilə bağlı mərasimlərə təxminən 800 milyon dollar xərclənib.

NTV xəbər verir ki, bu barədə "İran international" bildirib.

Bildirilib ki, Böyük Britaniya Kraliçası II Elizabetin dəfni Birləşmiş Krallıq hökumətinə təxminən 200 milyon dollara başa gəlib. Həmin mərasimdə xarici ölkələrin yüksək vəzifəli yüzlərlə rəsmisi şəxs iştirak edib.

Kraliçanın tabutu bir neçə gün Vestminsterdə qalıb. Geniş şəkildə televiziya yayımı olub. Tədbirin təhlükəsizliyinə onminlərlə polis və hərbi qulluqçu cəlb edilib, həmçinin çoxgünlük milli matəm elan edilib.

Qeyd edək ki, Seyid Əli Xameneinin dəfni ilə bağlı mərasimlər iyulun 4-də başlayıb. İyulun 9-da İranın Məşhəd şəhərində İmam Rza məqbərəsində dəfn ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM