İyulun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO zirvə toplantısında iştirak üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampla görüşüb.
NTV xəbər verir ki, “Beştepe” kompeksində ABŞ Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Yerli saatla 15.40-da başlayan müzakirələrin əsas mövzusunun müdafiə sənayesi, ticarət və enerji sahələrində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.
Ərdoğan-Tramp görüşün gündəliyində, həmçinin, Ankaraya qarşı CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə Qanunu) sanksiyalarının ləğvi, Türkiyənin F-35 proqramına qayıtması, beşinci nəsil KAAN qırıcı təyyarələri üçün mühərriklərin alınması kimi mövzular daxildir.
