Rusiyanın Belqorod vilayətində ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qubernator vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 66 zərbə endirilib.
Mərmilərin böyük hissəsi vurulub, lakin mülki infrastruktur obyektlərinə zərbələr qeydə alınıb. Belqorod, eləcə də bir neçə bələdiyyədə elektrik və su təchizatında fasilələr qeydə alınıb.
Region rəhbərinin məlumatına görə, Yakovlevski dairəsində təxminən 1,7 min ev işıqsız qalıb, gün ərzində onların elektrik enerjisi ilə təmin edilməsi planlaşdırılır.
