İran dövlət televiziyası mayeləşdirilmiş təbii qaz daşıyan tankerin Hörmüz boğazını keçərkən vurulması barədə xəbər verib. Qeyd olunub ki, gəmi heyəti İran tərəfinin xəbərdarlığına məhəl qoymayıb.
NTV xəbər verir ki, hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Xatırladaq ki, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi bu gün səhər Oman sahilləri yaxınlığında üzən tankerin naməlum mərmi ilə vurulduğunu açıqlayıb.
