satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Avropanın təhlükəsizliyi Aİ ilə məhdudlaşdırıla bilməz

Hakan Fidan: Avropanın təhlükəsizliyi Aİ ilə məhdudlaşdırıla bilməz

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropanın təhlükəsizliyinin yalnız Avropa İttifaqı çərçivəsində qiymətləndirilə bilməyəcəyini, bu məsələyə daha geniş yanaşmanın vacib olduğunu bildirib.

NTV Anadolu agentliyinə istinadla xəbər verir ki, Hakan Fidan bu fikirləri Ankarada keçirilən "Ankara zirvəsindən sonra Avropa təhlükəsizliyi: Avropada NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi" adlı tədbirdə səsləndirib.

Nazir bildirib ki, NATO cari təhdidlərə reaksiya verməklə yanaşı, uzunmüddətli strateji potensialın gücləndirilməsinə də diqqət yetirməlidir. O, həmçinin Türkiyənin və Böyük Britaniyanın Avropa müdafiə əməkdaşlığında mühüm tərəfdaşlar olduğunu vurğulayıb.

Hakan Fidan Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edərək, Rusiya ilə dialoqun davam etdirilməsinin də Avropanın təhlükəsizliyi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM