satellite   Azerspace-1: 11135 H 30000

NYT: Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər

NYT: Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 beşinci nəsil qırıcılarının satışına icazə verilməsi məsələsini dəstəkləməsi gözlənilir.

NTV xəbər verir ki, bu barədə “The New York Times” administrasiyadakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Trampın bu məsələni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi gözlənilir. Bununla belə, ABŞ Konqresinin Türkiyəyə F-35 satışına qoyduğu məhdudiyyətlərin hansı mexanizmlə aradan qaldırıla biləcəyi hələ məlum deyil. Mənbələrin iddiasına görə, tərəflər Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı prosesi başlatmaq üçün rəsmi məktublar mübadiləsi apara bilərlər.

Qeyd olunur ki, ABŞ administrasiyasında Trampın yekun qərarını dəyişə biləcəyi də istisna edilmir.

ABŞ 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə Türkiyəni F-35 proqramından çıxarmışdı. Vaşinqton bu sistemlərin F-35 qırıcılarının texnoloji xüsusiyyətləri ilə bağlı həssas məlumatların toplanmasına səbəb ola biləcəyini bildirirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM