satellite   Azerspace-1: 11135 H 30000

Şri-Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb

Şri-Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb

Bazar ertəsi günü Şri-Lanka həbsxanasında iki məhbus qrupu arasında baş verən toqquşmalarda 25 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə iki polis və bir xəstəxana əməkdaşları “Reuters” agentliyinə bildiriblər.

Bazar günü ölkənin kommersiya paytaxtı Kolombodan təxminən 35 kilometr şimalda yerləşən sahil şəhəri Neqombodakı həbsxanada məhkumlarla nəzarət altında saxlanılan şəxslər arasında toqquşmalar başlayıb. Həbsxanada təmizləmə əməliyyatı hələ də davam edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölülərin və yaralıların yerini müəyyən etmək üçün çalışırlar.

“Derana” telekanalının yayımladığı kadrlarda döşəmədə uzanmış yaralı məhbusları daşıyan polis avtobusu həbsxanadan çıxarkən görüntülənib. Cəzaçəkmə müəssisəsinin qapılarında çoxlu sayda polisin olduğu da görünür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM