satellite   Azerspace-1: 11135 H 30000

Çin atmosfer tədqiqatları üçün hazırlanan ilk yerli təyyarəni sınaqdan keçirib

Çin atmosfer tədqiqatları üçün hazırlanan ilk yerli təyyarəni sınaqdan keçirib

Çin atmosferin tədqiqi üçün hazırladığı ilk yerli təyyarənin sınaq uçuşunu uğurla başa vurub.

NTV Sinxua informasiya agenliyinə istinadla xəbər verir ki, bu barədə Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat yayıb. Bildirilib ki, təyyarə havanın keyfiyyətinin öyrənilməsi üçün nəzərdə tutulub. O, atmosferin müxtəlif yüksəkliklərində havanın vəziyyətini ölçə və çirklənməni daha dəqiq müəyyən edə bilir.

Təyyarə PM2.5 və PM10 hissəciklərini, zərərli qazları, karbon qazı və metan kimi istixana qazlarını, həmçinin bulud suyunun xüsusiyyətlərini eyni vaxtda müşahidə etmək imkanına malikdir.

Məlumata görə, bu model Çin Mülki Aviasiya Administrasiyası (CAAC), ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən sertifikat almış yeganə Çin istehsalı mülki təyyarədir.

Yaxın vaxtlarda təyyarənin müxtəlif yüksəkliklərdə və hava şəraitində 30 saatdan çox sınaq uçuşu həyata keçirməsi planlaşdırılır. Toplanacaq məlumatlardan ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatlarda istifadə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM