satellite   Azerspace-1: 11135 H 30000

Fransa gələn ilin yayınadək ilk döyüş robot bölməsini yaradacaq

Fransa gələn ilin yayınadək ilk döyüş robot bölməsini yaradacaq

Fransa Silahlı Qüvvələri "Pendragon" layihəsi çərçivəsində gələn yay ilk döyüş robot bölməsini təqdim etməyi planlaşdırır.

 

NTV-nin məlumatına görə, bu barədə "Le Point" yazıb.

 

Qeyd olunur ki, bölmə təxminən 10-15 yerüstü robot və təxminən 60 drondan ibarət olacaq, onların hərəkətləri C2 Pendragon süni intellekt sistemindən istifadə edən kiçik hərbçi qrupu tərəfindən əlaqələndiriləcək.

 

Sursat və zəruri əşyaların daşınmasından əlavə olaraq, robotların pulemyot və ya istilik axtaran raketlərlə təchiz olunaraq digər tapşırıqlar üçün də istifadə edilməsi planlaşdırılır. Dronlar həm uzunmüddətli kəşfiyyat, həm də partlayıcı maddələrlə silahlanmış hücum missiyaları üçün istifadə olunur.

 

Yerüstü robotların çəkisi 2-3 tondur və əksəriyyəti daxili yanma mühərrikləri ilə işləyən təkərli platformalardır. "Pendragon" layihəsinin hədəflərindən biri robot bölməsinin dəyərini təxminən 10 milyon avro səviyyəsində saxlamaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM