satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır

“Rusiya-Çin Dəniz Qarşılıqlı Əlaqəsi 2026" təlimləri cari il iyulun 6-13-də Sarı dənizdə keçiriləcək.

 

NTV xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın və Çinin Hərbi Dəniz Qüvvələri dəniz aviasiyasının dəstəyi ilə birgə xilasetmə əməliyyatlarını təkmilləşdirəcək, sualtı qayıqlara qarşı döyüş və hava hücumundan müdafiə təcrübələrini nümayiş etdirəcək və birgə artilleriya atəşi həyata keçirəcək.

 

Rusiya və Çin donanmalarının iştirakı ilə ilk dəniz təlimləri 2005-ci ilin avqust ayında Sarı dənizdə təşkil olunub. 2012-ci ildən bəri Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindən kənarda Rusiya və Çinin dənizdəki təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün döyüş hazırlığını daha da gücləndirmək məqsədi daşıyan "Dəniz Qarşılıqlı Əlaqəsi" adlı ixtisaslaşmış illik dəniz təlimləri keçirilir.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM