satellite   Azerspace-1: 11135 H 30000

Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb

Leninqraddakı Vısotsk limanının ərazisinə Ukrayna PUA-larının qalıqları düşüb

Rusiyanın Leninqrad vilayətindəki Vısotsk limanının ərazisinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqları düşüb.

NTV xəbər verir ki, bu barədə özünün teleqram kanalında Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.

"Leninqrad vilayəti üzərində düşmənin 67 PUA-sı vurulub. Qalıqlar Vısotsk limanı ərazisinə düşüb. Məlumat dəqiqləşdirilir. Hücum dəf edilir", - o yazıb.

Bir sıra teleqram kanallarının məlumatına görə, Ukrayna Sankt-Peterburqda neft terminalına və liman infrastrukturu obyektlərinə PUA-larla hücum edib. Bu məlumat hələ ki rəsmi şəkildə təsdiqlənməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM