satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

Finlandiya hökuməti xarici işçilərin əmək istismarına qarşı mübarizəni gücləndirməyə yönəlmiş yeni qanun layihəsi hazırlayıb. Sənəd artıq ictimai müzakirəyə çıxarılıb, parlamentdə baxılması isə bu ilin payızına planlaşdırılır. Qanun qəbul ediləcəyi təqdirdə, yeni qaydaların gələn ilin mart ayında qüvvəyə minməsi nəzərdə tutulur.

NTV xəbər verir ki, qanun layihəsinə əsasən, Finlandiya Miqrasiya Xidməti əmək istismarında şübhəli bilinən işəgötürənlərə yaşayış icazələrinin verilməsindən imtina etmək, eləcə də qanun pozuntusuna yol verən şirkətlər üçün bu icazələri müvəqqəti olaraq dayandırmaq səlahiyyəti əldə edəcək.

Bundan əlavə, işəgötürənlərə xarici işçilərdən işə qəbul haqqı tələb etmək qadağan ediləcək. Bu tələbin pozulması yaşayış icazəsinin verilməsindən imtina üçün əsas kimi qiymətləndiriləcək.

Qanun layihəsi həmçinin mövsümi işçilərlə bağlı qanunvericiliyə texniki dəyişikliklərin edilməsini, eləcə də xarici işçilərin müdafiəsinin gücləndirilməsini nəzərdə tutur. Bu çərçivədə əmək hüquqları barədə məlumatların bir neçə dildə təqdim olunması və etik beynəlxalq işə qəbul prinsiplərinin təşviqi kimi tədbirlərin genişləndirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM