Pentaqon rəhbəri Pit Heqset iyun ayında ABŞ-nin Avropadakı hərbi mövcudluğunun daha da azaldılmasını elan etmək niyyətində idi, lakin Ağ Ev bu planı rədd edib.
NTV xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Pit Heqset briqada döyüş qrupunu Rumıniyadan çıxarmaqla və Polşaya rotasiya üçün briqada göndərməməklə yanaşı, ABŞ-nin Avropadakı qüvvələrinin daha çox azaldılması istəyib. Plan ABŞ Dövlət katibi Marko Rubio və bir neçə digər yüksəkvəzifəli məmurla görüşdən sonra rədd edilib. Bundan sonra Pentaqon rəhbəri ABŞ-nin Avropadakı hərbi strukturuna yenidən baxılacağını bildirib.
Qəzet yazır ki, ABŞ administrasiyasında Avropa ölkələrindəki qüvvələrin azaldılmasının tempi və miqyası ilə bağlı fikir ayrılığı mövcuddur. Bəzi siyasətçilər ABŞ qoşunlarının sayının daha da azaldılmasının alyansa zərər verəcəyindən ehtiyatlanırlar.
