satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: ABŞ-nin NATO-dakı müttəfiqləri daha çox məsuliyyət daşımağa başlayıblar

Pentaqon: ABŞ-nin NATO-dakı müttəfiqləri daha çox məsuliyyət daşımağa başlayıblar

Pentaqon NATO-nun Avropadakı müttəfiqlərinin öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşımalarına yönəlmiş planlarını uğurlu hesab edir.

NTV xəbər verir ki, ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi bu barədə özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Ağ Ev Avropanın qeyri-nüvə silahlarından istifadə edərək öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi ilə nəticələnəcək dəyişikliklərin yollarını axtarır. “Çoxları bunun mümkün olmadığını və Avropanın bu addımı ata bilməyəcəyini deyirdi. Biz bu iddianın təkzib olunduğunu görürük”, - deyə Elbric Kolbi bildirib.

Müdafiə nazirinin müavini vurğulayıb ki, Vaşinqton NATO-nu ABŞ-dan asılılığa deyil, tərəfdaşlığa əsaslanan ittifaq kimi görmək istəyir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə alyansın fəaliyyətindən narazılığını ifadə edib. O, hətta seçkilərdən öncə də, Avropa ölkələrinin öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyətini üzərlərinə götürməyəcəkləri təqdirdə ABŞ-ni NATO-dan çıxarmaqla hədələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM