satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2500 nəfəri ötüb

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 2500 nəfəri ötüb

Venesuelada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2595 nəfərə çatıb.

NTV  xəbər verir ki, insan tələfatı barədə cümə gününədək olan məlumatı prezident vəzifəsini icra edən Delsi Rodriges mətbuat konfransında açıqlayıb.

O, nə qədər insanın itkin düşdüyü barədə dəqiq rəqəm səsləndirməyib. Mediada yayılan qeyri-rəsmi məlumatlara görə isə təxminən 38 min 500 nəfər itkin düşüb.

Delsi Rodriges axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, hələ də sağ qalanların dağıntılar altından çıxarıldığını bildirib.

Xatırladaq ki, Venesuelada ötən çərşənbə axşamı günü bir-birinin ardınca 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələ baş verib. Təbii fəlakətdən ən çox zərər ölkənin şimalındakı La-Quayra ştatına dəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM