satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon Avropada hərbi kontingentinin ixtisarı üzrə yeni plan hazırlayır

Pentaqon Avropada hərbi kontingentinin ixtisarı üzrə yeni plan hazırlayır

Pentaqon Avropada hərbi kontingentin ixtisarı üzrə yeni plan hazırlayır.

NTV  “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset bu barədə keçən ay NATO-nun Brüsseldə keçirilən toplantısında təkliflə çıxış etmişdi. Amma həmin təklifini ləğvindən sonra o, Avropadakı ABŞ qoşunlarının sayının əlavə azaldılması üzrə yeni plan hazırlayır.

Qəzet məsələ ilə tanış olan mənbələrə istinadla bildirib ki, təklif olunan azalmalar zirehli briqadanın Polşaya yerləşdirilməsinin ləğv edilməsindən və piyada briqadasının Rumıniyadan daha əvvəl çıxarılmasından daha geniş miqyasda olacaqdı.

Təklif, eyni zamanda, Prezident Donald Trampın milli təhlükəsizlik müşaviri vəzifəsini icra edən dövlət katibi Marko Rubio və digər yüksəkrütbəli rəsmilərlə məsləhətləşmələrdən sonra ləğv edilmişdi.

Heqsetin İstanbulda keçiriləcək sammit zamanı NATO-nun hərbi rəhbərlərinə ABŞ-nin Avropada qoşun sayının əlavə azaldılmasına hazırlaşdığını bildirmək niyyətində olduğu qeyd edilir.

May ayında Tramp administrasiyası Avropadan təxminən 5 min ABŞ əsgərinin çıxarılması planlarını açıqlamışdı. Yeni planda hərbçilərlə yanaşı, hərbi texnikanın da azaldılması öz əksini tapacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM