satellite   Azerspace-1: 11135 H 30000

SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər

SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər

NATO 1982-ci ildən bəri xidmətdə olan AWACS uzaqmənzilli radar aşkarlama təyyarələrini İsveçin SAAB şirkətinin “GlobalEye” təyyarələri ilə əvəz etməyi planlaşdırır.

NTV xəbər verir ki, qərar iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində elan edilə bilər. Nə NATO, nə də SAAB hələlik bu məlumatı şərh edib. Stokholm Fond Birjasında SAAB səhmləri 8 faizdən çox artıb.

“GlobalEye” ABŞ-nin “Boeing E-7 Wedgetail” uzaqmənzilli radar aşkarlama təyyarəsi ilə rəqabət aparır. Keçən il NATO Pentaqon satınalma proqramını yenidən nəzərdən keçirdikdən və peyklərə daha çox diqqət yetirmək qərarına gəldikdən sonra altı E-7 təyyarəsi almaq planlarından imtina edib.

İsveç və Birləşmiş Ərəb Əmirlikləri artıq “GlobalEye” sistemindən istifadə edir. May ayının sonlarında Kanada ABŞ-nin təklifindən imtina edərək SAAB ilə təxminən altı belə təyyarə almaq üçün danışıqlara başlayıb. Bundan əlavə, Fransa daha iki təyyarə almaq üçün SAAB ilə niyyət memorandumu imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM