satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri hər iki ölkə üçün tarixi fürsətdir

Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri hər iki ölkə üçün tarixi fürsətdir

Özbəkistan Prezidentinin son 23 ildə Gürcüstana ilk dövlət səfəri ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir

NTV  xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Özbəkistan liderinin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə mühüm hadisədir.

"Özbəkistandan Gürcüstana bu səviyyədə səfər son 23 ildə həyata keçirilməyib. Əlbəttə ki, bu, ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə qaldırmaq üçün tarixi fürsətdir. Özbəkistan Mərkəzi Asiyada sürətlə inkişaf edən bir dövlətdir. Hər iki ölkənin Orta Dəhlizin inkişafı kontekstində mühüm rolu var”, - deyə Maka Boçorişvili bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM