Kamçatkadakı Şiveluç vulkanı dəniz səviyyəsindən 9 kilometr hündürlüyə qədər kül püskürüb.
NTV Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsindən bildirilib.
"Şiveluç vulkanından kül püskürüb", - məlumatda qeyd edilib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından bildirilib ki, Şiveluç vulkanının hündürlüyü 3 283 metr olduğu halda, vulkandan 9 kilometrə hündürlüyə qədər kül püskürməsi qeydə alınıb.
