Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
NTV xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirilən brifinqdə deyib.
“Çərşənbə axşamı Avropa Komissiyasının rəhbəri Türkiyənin paytaxtında olacaq. O, Ankarada keçirilən NATO sammitinə qatılacaq və müdafiə sənayesi forumunda çıxış edəcək”, - deyə Paula Pinyu bildirib.
Avropa ölkələrində hərbi xərclərin artırılması NATO-nun Ankara sammitinin əsas mövzusudur. Brüssel bu sammitdə Avropa Komissiyasına əhəmiyyətli rol ayırıb. Komissiya Avropa İttifaqının militarizasiya siyasətini dəstəkləmək və büdcəni buna uyğunlaşdırmaq niyyətindədir.
