satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışıb

Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla enerji əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunub.

NTV xəbər verir ki, Ermənistan hökumətinin başçısı bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.

“Enerji əlaqələrinin genişləndirilməsini, o cümlədən elektrik xətlərinin inşasını, həmçinin qonşu Türkiyə və Azərbaycanla əlaqənin qurulmasını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə bilər”, - deyə Nikol Paşinyan bildirib.

Ermənistanın Qara dənizin dibi ilə elektrik kabeli çəkmək proqramlarında iştirakının vacibliyini vurğulayan baş nazir İrəvanın rəqəmsallaşdırma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen regional tur çərçivəsində Bakıya səfərinin ardından iyulun 2-si səhər saatlarında Ermənistana yollanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM