satellite   Azerspace-1: 11135 H 30000

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib

İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda "qətiyyətli cavabla" üzləşəcəklərini bəyan edib.

NTV xəbər verir ki, bu barədə İran dövlət televiziyası "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

"İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq", – bəyanatda bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM