satellite   Azerspace-1: 11135 H 30000

Fransada meşə yanğınları baş verib

Fransada meşə yanğınları baş verib

Fransanın cənubunda eyni vaxtda baş verən bir neçə meşə yanğınları nəticəsində ümumilikdə 1200 hektardan çox ərazini alov bürüyüb.

NTV xəbər verir ki, Hero departamentində başlayan yanğın quraqlığın və güclü küləyin təsiri ilə qısa müddətdə qonşu Od departamentinə yayılıb. Yanğın burada 900 hektar ərazini əhatə edib. Yanğının söndürülməsi üçün 800-ə yaxın yanğınsöndürən səfərbər olunub. Hadisə bölgəsində bir neçə avtomobil yolu bağlanıb, zərərçəkənlərin yerləşdirilməsi üçün müvəqqəti sığınacaqlar yaradılıb.

Marselin şimalında yerləşən Roqnak və Lanson-Provens şəhərlərində də axşam saatlarında başlayan yanğınlar güclü külək səbəbindən sürətlə yayılıb.

Bildirildiyinə görə, Roqnakdakı yanğın nəzarət altına alınıb və təxliyə olunan sakinlər evlərinə qayıdıblar. Lanson-Provensdə isə yanğın məhdudlaşdırılıb, yaşayış evləri qorunub. Burada 260, Roqnakda isə 35 hektar meşə sahəsi yanıb.

Məlumata görə, yanğınlar nəticəsində mülki şəxslər arasında ölən və ya xəsarət alan yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM