satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın İsveçdəki səfirliyi PUA hücumuna məruz qalıb

Rusiyanın İsveçdəki səfirliyi PUA hücumuna məruz qalıb

Rusiyanın İsveçdəki səfirliyi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilməklə növbəti dəfə hücuma məruz qalıb, onlardan birinin üzərində partlayıcı qurğunun maketi olub.

NTV xəbər verir ki, bu barədə Rusiya mediası diplomatik missiyaya istinadən məlumat yayıb.

Bildirilib ki, PUA-lardan biri diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya ilə dolu konteyner atıb, ikincisi isə binanın yaxınlığına düşüb.

"Bu onu göstərir ki, biz sadəcə təxribatla deyil, Rusiya missiyası əməkdaşlarının açıq-aşkar qorxudulması cəhdi ilə üz-üzəyik", - məlumatda qeyd edilib.

Hadisə iyulun 2-nə keçən gecə baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM