satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: NATO sammitində Avropa üçün mövcud və potensial təhlükələr müzakirə ediləcək

Hakan Fidan: NATO sammitində Avropa üçün mövcud və potensial təhlükələr müzakirə ediləcək

Hazırda Avropa üçün əsas problem qitədəki müharibələr və qeyri-sabitlik riskləridir.

NTV xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, NATO sammitində mövcud və potensial təhlükələr, eləcə də alyansın bu məsələlərə yanaşması müzakirə olunacaq, əvvəlki sammitlərdə qəbul edilən qərarların icra vəziyyəti gündəmə gətiriləcək. Nazir əlavə edib ki, tədbirdə, həmçinin alyans daxilində məsuliyyət bölgüsü və birgə fəaliyyətin effektivliyi də qiymətləndiriləcək.

Hakan Fidan sammitin Ankarada keçirilməsinin Türkiyənin NATO-dakı strateji rolunu bir daha təsdiqlədiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM