Türkiyə-Qırğızıstan Birgə Strateji Planlaşdırma Qrupunun yeddinci iclası iyulun 1-də Ankarada keçirilir.
NTV xəbər verir ki, müzakirələrə xarici işlər nazirləri Hakan Fidan və Jeenbek Kulubayev sədrlik edir.
Bu gün səhər saatlarında Türkiyə paytaxtında Türkiyə və Qırğızıstan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.
Türkiyə Xarici İşlər Nazirliyi nazirlərin iştirakı ilə keçirilən danışıqlardan foto və videoları paylaşıb.
