satellite   Azerspace-1: 11135 H 30000

Tokayev Qazaxıstanda hakimiyyət sisteminin yenidən qurulacağını bəyan edib

Tokayev Qazaxıstanda hakimiyyət sisteminin yenidən qurulacağını bəyan edib

Qazaxıstan hakimiyyəti ölkənin dövlət idarəetmə əsaslarını köklü şəkildə yenidən qurmağı planlaşdırır.

NTV xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Qazaxıstanda dövlət idarəetmə sisteminin genişmiqyaslı modernləşdirilməsinə başlanılacaq”, – deyə o bildirib.

Tokayev hakimiyyət bölgüsünün yeni formulunu da təqdim edib: “güclü Prezident – nüfuzlu Qurultay – hesabatlı hökumət”.

Qazaxıstan prezident idarəetmə üsulunu qoruyub saxlayacaq. Bu modeldə dövlət başçısı Konstitusiyanın təminatçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı və xarici siyasətin əsas siması olaraq qalacaq.

İslahatlar parlament sisteminin yenidən təşkilini, həmçinin artıq bürokratiyadan uzaq fəaliyyət göstərəcək yeni birpalatalı parlament – Qurultayın yaradılmasını da nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM