satellite   Azerspace-1: 11135 H 30000

Cey Di Vens: Dohada İranla texniki danışıqlar davam edir

Cey Di Vens: Dohada İranla texniki danışıqlar davam edir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranın davam edən danışıqları açıq şəkildə inkar etməsini düşünülmüş “fars danışıqları taktikası” olduğunu bildirib və Vaşinqton ilə Tehran arasında texniki danışıqların davam etdiyini təsdiqləyib.

NTV  ABŞ mediasına istinadla xəbər verir ki, Vens çərşənbə axşamı yayımlanan “The Michael Knowles Show” verilişinin efirində deyib: “Planlaşdırılmış danışıqlar, yəni, texniki müzakirələr artıq apardığımız danışıqlara əsaslanır. Bunlar mütləq sabah baş tutacaq”.

O, Tehranın bəyanatlarının “maraqlı və məyusedici” olduğunu bildirib və İran rəsmilərinin texniki müzakirələri etiraf edərkən sülh danışıqlarını inkar etdiyini qeyd edib: “Tehran deyir ki, sülh danışıqları davam etmir, amma ABŞ ilə İran arasında sülh sazişi ilə bağlı texniki danışıqlar var. Onların bəyanatları “fars danışıqları taktikası və başa düşmədiyim fars ritorik alətidir”.

ABŞ administrasiyasının İranla razılaşmasına dair tənqidlərə toxunan Vens Trampın mövqeyini müdafiə edərək bildirib ki, Prezident lazım olduqda hərbi gücdən istifadə etməyə hazırdır, lakin bu, ancaq konkret məqsədlərə çatmaq üçün edilə bilər. O əlavə edib: “Onların mövqeyi sadəcə bomba atmaqdır və amma həqiqətən hansı məqsədə nail olunduğunu deyə bilmirlər. Prezident deyir ki, mən bomba atmağa hazıram və o, buna hazır olduğunu açıq şəkildə göstərib. Amma bunun konkret bir məqsədi olmalıdır.

Vens, həmçinin “FOX News”a verdiyi ayrıca müsahibədə Vaşinqtonun sözlərindən daha çox İranın hərəkətlərinə diqqət yetirdiyini bildirib və danışıqlarda mənalı irəliləyişin Tehranın real güzəştlər təklif etməsi ilə balı olduğunu bildirib: “"Biz iranlıların bəyanatlarına daha az əhəmiyyət veririk. Onların etdiklərinə daha çox əhəmiyyət veririk. Əlbəttə, bəzi müsbət əlamətlər görürük, mənfi siqnallar da var. Prezidentin bizə dediyi odur ki, problemi həll edin, danışıqların hara aparacağını görün və əgər bu, diplomatik baxımdan uğurlu həll yoluna gətirib çıxarmasa, yenə də bir çox seçim imkanımız var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM