Süni intellekt startapı “Anthropic” ABŞ administrasiyasının “Claude Fable 5” və “Mythos 5” süni intellekt modelləri üzərində ixrac nəzarətini qaldırdığını bildirib.
NTV Amerika mediasına istinadla xəbər verir ki, “Anthropic”in sosial media hesabındakı paylaşımında deyilir: “ABŞ Ticarət Nazirliyinin “Claude Fable 5” və “Mythos 5” modelləri üzərində ixrac nəzarətini qaldırdığı barədə bildiriş aldıq. Sabah girişi bərpa etməyə başlayacağıq və tezliklə yeniləməni paylaşacağıq. Göstərdikləri anlayışa görə istifadəçilərə və modelləri yenidən əlçatan etmək üçün bizimlə işləyən hər kəsə təşəkkür edirik”.
ABŞ-nin ticarət katibi Hovard Lutnik də sosial media hesabında bildirib ki, son iki həftə ərzində hökumətin daxilində uyğunluğu təmin etmək və Amerikanın süni intellekt sahəsində liderliyini gücləndirmək üçün “Anthropic” ilə sıx əməkdaşlıq şəraitində “Fable 5”i təhlil edilib və təsdiqlənib.
Vaşinqton qabaqcıl süni intellekt modellərinin yaratdığı potensial təhdidləri müəyyən etmək üçün yeni onların buraxılışına nəzarəti gücləndirmişdi.
“Anthropic” ABŞ hökumətinin milli təhlükəsizlik səbəbləri ilə ixrac nəzarəti tətbiq etmək qərarından sonra, iyunun 12-də “Mythos 5” və “Fable 5” modellərini deaktiv etmişdi. Şirkət keçən həftə hökumətin “Claude Mythos 5” modelinin etibarlı qurumlara buraxılmasına icazə verdiyini bildirib.
