satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada zəlzələ qurbanlarının sayı 1943 nəfərə çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 1943 nəfərə çatıb

Venesuelada iyunun 24-də baş vermiş güclü zəlzələlər nəticəsində həlak olanların sayı 1943 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində daha 10 min 571 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində yaşayış və inzibati binalara ciddi ziyan dəyib, bir sıra bölgələrdə infrastruktur dağılıb. Hazırda axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM