satellite   Azerspace-1: 11135 H 30000

Çin Venesuelaya 17 milyon dollar ayırıb

Çin Venesuelaya 17 milyon dollar ayırıb

Çin zəlzələdən sonra bərpa işlərinə dəstək məqsədilə Venesuelaya 17 milyon dollar ayırıb.

 NTV  Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli Prezidenti Delsi Rodriges bildirib.

O, Çin Sədri Si Cinpinə təşəkkür edərək qeyd edib ki, bu maliyyə və maddi dəstək əsas xidmətlərin bərpasını və Mənzil Tikintisi Planı çərçivəsində yeni evlərin inşasını sürətləndirəcək.

Onun sözlərinə görə, bu məbləğin 15 milyon dolları zəruri malların, avadanlıq və materialların alınmasına, 2 milyon dolları isə mənzil tikintisi planına yönəldiləcək.

Rodriges həmçinin qeyd edib ki, axtarış-xilasetmə işlərində 30 ölkə, 3 681 xilasedici, 1 086 ton yük, 27 nəqliyyat vasitəsi və 118 it iştirak edir.

Son məlumatlara görə, 40 saniyə fərqlə baş verən 7,2 və 7,5 maqnitudalı iki zəlzələ nəticəsində 1 719 nəfər ölüb, 5 034 şəxs yaralanıb, 15 866-ya yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, hökumət tərəfindən yaradılmış tibb mərkəzlərində isə 22 619 nəfərə yardım göstərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM