Litvada nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının yerləşdirilməsinə qoyulan qadağa konstitusiyadan çıxarılmalıdır.
NTV xəbər verir ki, bu tələblə Litva Sosial Demokrat Partiyasının lideri, Baş nazir vəzifəsinə namizəd Mindauqas Sinkyaviçyus çıxış edib. O, Litva Fermerlər və Yaşıllar İttifaqının parlament fraksiyası ilə görüşündə bildirib: “Hesab edirəm ki, siyasi korrektlik səbəbindən bu qadağanı konstitusiyadan çıxarmalıyıq, çünki qonşu ölkələrin konstitusiyalarında bu barədə heç nə deyilmir – nə “hə”, nə də “yox”.
Bu il may ayının sonunda Litva Seymi (parlament) Prezident Gitanas Nausedanın Klaypeda dövlət dəniz limanına nüvə silahı daşıyan gəmilərin daxil olmasına qoyduğu vetonu dəstəkləyib. Dövlət başçısının xatırlatdığı kimi, Litva Konstitusiyasının 137-ci maddəsi ölkə ərazisində kütləvi qırğın silahları yerləşdirilməsini birmənalı və qeyd-şərtsiz qadağan edir.
