satellite   Azerspace-1: 11135 H 30000

Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib

Keyko Fuhimori Perunun ilk qadın prezidenti seçilib

Perunun mühafizəkar “Xalqın gücü” Partiyasının lideri Keyko Fuhimori prezident seçkilərinin ikinci turunda qalib gəlib.

NTV xəbər verir ki, Perunun Milli Seçki Komissiyasının məlumatına görə, Keyko Fuhimori prezident seçkilərinin iyunun 7-də keçirilən ikinci turunda səslərin 50,1 faizini, solçu “Peru üçün birlikdə” Partiyasının namizədi Roberto Sançes isə 49,86 faizini toplayıb.

Keyko Fuhimori iyulun 3-də rəsmən qalib elan ediləcək, andiçmə mərasimi isə iyulun 28-də keçiriləcək.

Ölkənin sabiq Prezidenti Alberto Fuhimorinin qızı olan 51 yaşlı Keyko Fuhimori Perunun ilk qadın prezidenti olacaq.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM