satellite   Azerspace-1: 11135 H 30000

Aİ 2027-ci ildən sonra Ukraynaya yeni kredit paketinin müzakirəsini planlaşdırır

Aİ 2027-ci ildən sonra Ukraynaya yeni kredit paketinin müzakirəsini planlaşdırır

Avropa İttifaqı 2027-ci ildən sonra Ukraynaya əlavə maliyyə dəstəyi göstərilməsi imkanlarını müzakirə edir.

NTV  xəbər verir ki, bu barədə Avropa Parlamentində Aİ–Ukrayna Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Pekka Toveri açıqlama verib.

Onun sözlərinə görə, hazırda müzakirə olunan ssenariyə əsasən, münaqişə 2027-ci ildən sonra da davam edərsə, Ukraynaya 30–45 milyard avro həcmində yeni kredit ayrılması nəzərdən keçirilir.

Toveri bildirib ki, məqsəd Ukraynaya dəstəkdə fasilələrin yaranmamasını təmin etməkdir və bununla bağlı uzunmüddətli planlaşdırma artıq aparılır.

O qeyd edib ki, 2026–2027-ci illər ərzində Aİ tərəfindən Ukraynaya ümumilikdə təxminən 90 milyard avro maliyyə dəstəyi ayrılması planlaşdırılır, əlavə olaraq Avropa və digər donorlar tərəfindən 30–45 milyard avro həcmində vəsaitin cəlb olunması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM