satellite   Azerspace-1: 11135 H 30000

Araşdırma: İnsanlar və meymunlar milyonlarla ildir ki, eyni şəkildə gülürlər

Araşdırma: İnsanlar və meymunlar milyonlarla ildir ki, eyni şəkildə gülürlər

Beynəlxalq alimlər qrupu insanların və böyük meymunların təxminən 15 milyon ildir ki, eyni gülüş xüsusiyyətini qoruyub saxladıqlarını aşkar edib.

NTV xəbər verir ki, tədqiqatın nəticələri Communications Biology (ComBio) jurnalında dərc edilib.

Gülüşün mənşəyini öyrənmək üçün tədqiqatçılar dörd oranqutan, üç bonobo, iki qorilla və dörd şimpanzenin reaksiyalarını qıdıqlayaraq qeydə alıblar. Təhlillər göstərdi ki, bütün böyük meymunların gülüşü izoxronik ritmə malikdir - səs partlayışları təxminən bərabər fasilələrlə davam edir.

Eyni ritmik quruluş insan gülüşü üçün xarakterikdir. Tədqiqat müəlliflərinin fikrincə, bu o deməkdir ki, bu xüsusiyyət təxminən 15 milyon il əvvəl yaşamış insanların və müasir böyük meymunların son ortaq əcdadında yaranıb.

"Gülüşün ritmik müntəzəmliyi böyük meymunlarda olduqca yaxşı qorunub saxlanılır. Bu, təxminən 15 milyon ildir ki, bu şəkildə güldüyümüzü göstərir"-, deyə tədqiqat müəllifi Çiyara De Gregorio qeyd edib.

Lakin, insanlar və digər primatlar arasında əhəmiyyətli bir fərq var. İnsanlar vəziyyətdən asılı olaraq gülüşlərinin tempi və xarakterini dəyişə bilərlər - nəzakəli bir gülüşdən tutmuş ucadan gurultuya və ya hətta saxta gülüşə qədər. Meymunların demək olar ki, belə bir elastikliyi yoxdur: oynayarkən və ya qıdıqlanarkən gülüşləri təxminən eyni qalır. Alimlər hesab edirlər ki, gülüşü idarə etmək və dəyişdirmək qabiliyyətinin inkişafı nitqin yaranmasına doğru atılan addımlardan biri ola bil

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM