satellite   Azerspace-1: 11135 H 30000

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

BMT-nin Siyasi Məsələlər və Sülh Quruculuğu üzrə Baş katibinin müavini Rozmari DiKarlo xəbərdarlıq edib ki, Sudan yeni humanitar fəlakətin astanasındadır. O, Şimali Kordofan əyalətinin paytaxtı əl-Ubayyid şəhərinə yaxın vaxtlarda hücum ediləcəyi ehtimalının artdığını bildirib.

NTV  “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, son iki həftə ərzində Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan çevik dəstək qüvvələri və Sudan ordusu arasında əl-Ubayyid ətrafında qarşılıqlı PUA hücumlarının sayı artıb.

BMT rəsmisi vurğulayıb ki, bölgədə hərbi əməliyyatların genişlənməsi yüz minlərlə mülki sakini birbaşa təhlükə ilə üz-üzə qoya bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM