satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Ukraynaya nüvə yanacağının tədarükü üçün təxminən 277 milyon dollar ayıracaq

Britaniya Ukraynaya nüvə yanacağının tədarükü üçün təxminən 277 milyon dollar ayıracaq

Böyük Britaniya növbəti iki il ərzində Ukraynanın atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünü təmin etməyə 210 milyon funt sterlinq (təxminən 277 milyon dollar) yönəldəcək.

NTV xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfrans (URC) çərçivəsində Britaniyanın xarici işlər naziri İvett Kuper, "UK Export Finance" agentliyi və "Urenco" şirkətinin nümayəndələri ilə görüşünün yekunlarına əsasən bildirib.

"Bunlar gələcəkdə də Ukraynanın atom enerjisinin etibarlı işini təmin etməyə imkan verəcək mühüm sazişlərdir. Məhz o, Ukraynanın enerji sisteminin sabit və proqnozlaşdırıla bilən fəaliyyətinin əsasıdır", - D.Şmıqal qeyd edib.

O, həmçinin əməkdaşlığa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə verdikləri dəstəyə görə britaniyalı tərəfdaşlara minnətdarlığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM