satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayacaq

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlayacaq

Rusiya cavab tədbiri olaraq Rumıniyanın Sankt-Peterburqdakı konsulluğunu bağlamaq və Rumıniya konsulunu ölkədən çıxarmaq barədə qərar qəbul edib.

NTV yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

"İyunun 25-də Rumıniyanın Rusiyadakı səfiri Kristian İstrate Rusiya XİN-ə çağırılıb. Ona Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunun "persona non grata" elan edilməsi və bu ölkənin orada yerləşən konsulluq idarəsinin bağlanacağı barədə nazirliyin notası təqdim edilib", - məlumatda qeyd edilib.

Qurumdan bildirilib ki, bu tədbirlər "Buxarest tərəfindən Rusiyanın Konstantsadakı Baş Konsulluğunun fəaliyyətinə verilən razılığın əsassız olaraq geri alınmasına və onun rəhbərinin "persona non grata" elan edilməsinə" cavab olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM