satellite   Azerspace-1: 11135 H 30000

İsrail Livanın cənubundan qoşunların çıxarılması xəbərini təkzib edib

İsrail Livanın cənubundan qoşunların çıxarılması xəbərini təkzib edib

İsrail Müdafiə Qüvvələri (IDF) qoşunların Livanın cənubundakı təhlükəsizlik zonasından çıxarıldığı barədə məlumatları təkzib edib.

NTV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti TASS agentliyinə açıqlamasında bildirib. Məlumata görə, İsrail hərbçilərinin Livanın cənubundakı təhlükəsizlik zonasındakı mövqeləri dəyişməyib və qoşunların geri çəkilməsi baş verməyib.

Qeyd edək ki, bundan əvvəl “Reuters” agentliyi ABŞ Dövlət Departamentinin rəsmisinə istinadla İsrailin Livanın cənubundakı bufer zonasının bir hissəsindən geri çəkildiyini iddia etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM