Ukrayna Ufada (Rusiya) iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"a zərbələr endirib.
NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.
"Bu gün səhər saatlarında Ukrayna Təhlükəsizlik Xidməti Ufadakı iki neft emalı zavoduna - "Başneft-Ufaneftexim" və "Başneft-Novoyl"ə zərbə endirib. Bu, cəbhə xəttindən 1500 kilometr aralıdadır", - o qeyd edib.
V.Zelenski həmçinin təsdiqləyib ki, iyunun 25-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarında, cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşən neft anbarına zərbə endirib.
