satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya valyutası dəyər itirir, treyderlər həyəcan təbili çalırlar

Yaponiya valyutası dəyər itirir, treyderlər həyəcan təbili çalırlar

Nyu-York fond birjasında Yaponiya valyutasının ABŞ dollarına qarşı məzənnəsi qısa zaman ərzində 161,93 yenə enib.

NTV Yaponiya mediasına istinadla xəbər verir ki, bu, yapon yeninin sonuncu dəfə 2024-cü ildə müşahidə edilən və təxminən 40 ilin ən zəif məzənnəsinə yaxın göstəricidir. Dolların məzənnəsinin yenə qarşı qalxması ABŞ Federal Ehtiyat Sisteminin bu il faiz dərəcələrini artıra biləcəyi ilə bağlı fərziyyələrlə əlaqələndirilir. Bu, neft qiymətlərinin yüksək olmasının ABŞ-də inflyasiyanı yenidən yüksəldə biləcəyi ilə bağlı narahatlıqlara əsaslanır.

Yaponiyanın maliyyə naziri Katayama Satsukinin ABŞ xəzinədarlıq katibi Skott Bessent ilə danışıqlar aparması barədə məlumatlar yayılandan sonra yenin məzənnəsi bir qədər möhkəmlənib. İyunun 23-də Tokio fond birjasında 1 dollar 161 yen olub. Bu, Yaponiya hakimiyyətinin valyuta bazarına mümkün müdaxiləsi ilə bağlı fərziyyələrə səbəb olub.

Bazar müşahidəçiləri isə dollar alışının çoxalmasını nəzərə alaraq, yenə dəstək olmaq üçün hər hansı bir müdaxilənin effektivliyinə şübhə ilə yanaşırlar. Lakin, Yaponiya valyutası 1986-cı ilin dekabrında müşahidə olunan səviyyələrə yaxınlaşdıqca treyderlər həyəcan təbili çalırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM