satellite   Azerspace-1: 11135 H 30000

Media: SEPAH Hörmüz boğazını yenidən bağlayıb

Media: SEPAH Hörmüz boğazını yenidən bağlayıb

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını yenidən bağladığını bildirib. SEPAH bu addımı İsrailin Livanın cənubunda yenidən hərbi əməliyyatlara başlamasına cavab olaraq atdığını deyib.

NTV  “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Hörmüz boğazı ABŞ ilə İran arasında əldə edilmiş razılaşmaya əsasən iyunun 17-si açılmışdı.

Bununla yanaşı, SEPAH Hörmüz boğazının bağlanmasının “birinci addım” olduğunu açıqlayıb, İsrailin əməliyyatlarına cavab olaraq əlavə tədbirlərin görüləcəyi ilə xəbərdarlıq edib.

Eyni zamanda, İsrailin Vaşinqtondakı səfiri “Hizbullah”ı atəşkəsi pozmaqda ittiham edərək ölkəsinin özünü müdafiə etmək hüququndan yararlandığını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM