satellite   Azerspace-1: 11135 H 30000

Tramp ABŞ və İranın bütün məsələləri 60 gün ərzində həll edəcəyinə inanır

Tramp ABŞ və İranın bütün məsələləri 60 gün ərzində həll edəcəyinə inanır

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında əldə olunan razılaşma çərçivəsində bütün məsələlərin 60 gün ərzində həll ediləcəyinə və hərbi əməliyyatların yenidən başlamasına ehtiyac qalmayacağına inandığını bildirib.

NTV xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında çıxışı zamanı danışıb.

“Razılığa gəlmək üçün 60 günümüz var. Əks halda, onları qane etməyəcək addımlar atacağıq. Ancaq düşünmürəm ki, buna ehtiyac olacaq. Hesab edirəm ki, hər şey yaxşı nəticələnəcək”, – deyə ABŞ Prezidenti bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM